Kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" klubu avrokubokda mübarizəyə başlayır. Matc.az xəbər verir ki, ölkəmizi çelenc kubokunda təmsil edən kollektiv 1/32 final mərhələsində Slovakiyanın "TJ Spartak MYJAVA" komandası ilə qarşılaşacaq.
 
Tərəflərin qarşılıqlı razılığına əsasən, hər iki oyun Bakıda keçiriləcək.
 
Oktyabrın 25-də baş tutacaq qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç GİN-in Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest