25 Oktyabr 2023, 21:03
TOP OYUNLARI
Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət "Xarı bülbül Şuşa" kollektivi bu gün ilk görüşünə çıxıb. Matc.az xəbər verir ki, onların çelenc kubokunun 1/32 final mərhələsindəki rəqibi Slovakiyanın "TJ Spartak Myjava" klubu olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan ilk qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edib və matçın qalibi olub.
çelenc kuboku
1/32 final (1-ci oyun)
"Xarı Bülbül Şuşa" - "TJ SPARTAK MYJAVA" 3:0 (25:23, 25:21, 27:25)
Xatırladaq ki, komandalar arasında keçiriləcək cavab qarşılaşması tərəflərin razılığına əsasən, sabah yenə Bakıda keçiriləcək. Matç saat 18:00-da start götürəcək.