Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində minifutbol üzrə dünya çempionatına start verilib. Matc.az xəbər verir ki, Azərbaycan millisi bu gün mötəbər turnirdə ilk oyununa çıxacaq.
 
Elşad Quliyevin yetirmələri debüt qarşılaşmasını İraq yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 
Qeyd edək ki, G qrupunda qərarlaşan millimiz oktyabrın 29-da Misir, 31-də isə Küveytlə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest