Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının araşdırmasına görə, 24 yaşlı forvard bu il ərzində 3 oyunçunu geridə qoyub.

PSJ-nin hücumçusu Kilian Mbappe bir Fransa klubunun heyətində yüksək səviyyəli yarışlarda ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının araşdırmasına görə, 24 yaşlı forvard bu il ərzində 3 oyunçunu geridə qoyub.
 
Bunlar PSJ-nin sabiq qolçusu Edinson Kavani (200 qol), Herve Revellini (“Sent-Etyen”, 214 qol) və Fleri di Nallodu (“Lion”, 222 qol). Mbappe PSJ-nin heyətində aktivinə 224 qol yazdırıb.
 
Rekord isə 1933-1952-ci illərdə “Soşo”da 253 qola imza atan Roje Kurtuaya məxsusdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest