Hakim bizim oyunçuya sarı vərəqə verir. 4-cü hakim çağırır ki, digər oyunçuya da sarı vərəqə ver, amma referi vermir. Ya oynamağa icazə verməlisən, ya da... Məsiyev göstərdi ki, bir komandanı müdafiə edir, digərini qoruyuram.
“Çempionatda ən çox hücum edən, lakin ən az qol vuran komandayıq”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Zirə”yə 1:0 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Maraqlı oyun alındı. Hər iki komanda layiqli mübarizə apardı. Meydançada daha çox fərdi mübarizələr oldu. Ümumi hər iki komanda qələbə qazana bilərdi. Düşünürəm ki, şans "Zirə"nin tərəfində oldu. Oyunu dəyişmək üçün qol vurmaq lazımdır. Çempionatda ən çox hücum edən, lakin ən az qol vuran komandayıq. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Sonuncu yerdəyik. Çox danışmaq yox, işləmək lazımdır. Komandamdan razıyam, amma hakimlik bərbad idi. Hər epizodda futbolu çirkinləşdirməyə çalışırdı. Qol vurmaq, qələbə qazanmaq lazımdır. Neçə oyundur, qol vura bilmirik. Bu olmazsa, qələbə olmaz. Təhlillər aparmalıyıq. Bu gün bərabərsəviyyəli oyun getdi. İşimi mövsümlərə bölmürəm. Ötən mövsüm başqa komanda idik. Hədəflərimizə çatdıq. İndi yeni komanda qurmuşuq. Sonuncuyuq, daha çox çalışmalıyıq. İkili mübarizə gedir. Hakim bizim oyunçuya sarı vərəqə verir. 4-cü hakim çağırır ki, digər oyunçuya da sarı vərəqə ver, amma referi vermir. Ya oynamağa icazə verməlisən, ya da... Məsiyev göstərdi ki, bir komandanı müdafiə edir, digərini qoruyuram. Heç bir komandaya belə hakimliyi arzulamaram. Hamı məni təmkinli adam kimi tanıyır. Amma bu gün qərarlar məni qıcıqlandırırdı”.