21 Noyabr 2023, 12:00
FUTBOL
Leo “sambaçılar”la qarşılaşmada fərqlənərsə, Cənubi Amerika zonasının seçmə mərhələlərində bütün komandaların qapısına qol vuran 5-ci futbolçu kimi tarixə düşəcək.
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində tilsimi qıra bilər. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, superulduz karyerası ərzində seçmə mərhələlərdə yalnız Braziliyanın qapısına yol tapa bilməyib.
Leo “sambaçılar”la qarşılaşmada fərqlənərsə, Cənubi Amerika zonasının seçmə mərhələlərində bütün komandaların qapısına qol vuran 5-ci futbolçu kimi tarixə düşəcək. Hazırda cəmi 4 oyunçu - ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdilər.
Messi karyerası ərzində tsikllərdə 8 rəqibin qapısından ümumilikdə 31 top keçirib.
Qeyd edək ki, VI turun Braziliya – Argentina görüşü sabah səhər saatlarında keçiriləcək.