26 Noyabr 2023, 18:29
TOP OYUNLARI
18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında son oyununu keçirib. Matc.az xəbər verir ki, Şahin Çatmanın çalışdırdığı kollektiv Gürcüstanla üz-üzə gəlib.
Dauqavpils şəhərində keçirdiyi əvvəlki 5 matçında Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya 0:3 hesabı ilə məğlub olan yığma bu dəfə də eyni ssenari ilə üzləşib. Gürcüstan hər üç setdə yığmamızı üstələyib. – 3:0 (25:11, 25:9, 25:12).