Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç zədələnib. Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu İspaniya Primerasının son turunun “Kadis”lə oyununda xəsarət alıb. O, bu səbəbdən Çempionlar Liqasının “Napoli” ilə sabah baş tutacaq görüşdə iştirak edə bilməyəcək.

Düzdü, xorvatiyalının zədəsi ciddi deyil, lakin məşqçilər korpusu futbolçunu riskə atmamaq qərarına gəlib.

Xatırladaq ki, 38 yaşlı futbolçu “Kadis”lə görüşün 70-ci dəqiqəsində əvəzlənib.

“Real” - “Napoli” matçı sabah Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest