"Mançester Yunayted"in yarımmüdafiəçisi Alexandro Qarnaçonun qardaşı Roberto Qarnaço "qırmızı şeytanlar"ın sabiq üzvü Rio Ferdinand haqda danışıb. Matc.az xəbər verir ki, o, qardaşının Lionel Messini sosial şəbəkə hesabında təqibdən çıxarması ilə bağlı yayılan fikrə münasibət bildirib:
 
"Sırf nifrət yaratmaq üçün boşboğazlıq etməyi dayandırın. Alexandro həm onu, həm də Kriştiano Ronaldonu sevir".
 
Xatırladaq ki, keçmiş futbolçu öncədən 19 yaşlı argentinalının Kriştiano Ronaldonu Messidən daha üstün tutduğunu söyləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest