Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu Norveçdə bu ölkənin “Molde” komandası ilə qarşılaşıb.

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.
 
Ağdam klubu Norveçdə bu ölkənin “Molde” komandası ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər. Qrupun digər oyununda “Bayer” “Hakken”i səfərdə 2 cavabsız qolla məğlub edib.
 
Avropa Liqası
Qrup mərhələsi, V tur
30 noyabr (cümə axşamı)
 
A qrupu
 
“Frayburq” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) 5:0
Qollar: Qreqoriç, 3; 8; 36. Sildilliya, 42. Doan, 77.
 
“Baçka Topola” (Serbiya) – “Vest Hem” (İngiltərə) 0:1
Qol: Souçek, 89.
 
Xal: Vest Hem – 12. Frayburq – 12. Olimpiakos – 4. Baçka Topola – 1.
 
B qrupu
 
“Olimpik” (Marsel, Fransa) – “Ayaks” (Niderland) 4:3
Qollar: Obameyanq, 9; 48; 90+3. Mbemba, 26 – Brobbi, 10; 30. Akpom, 80.
 
AEK (Afina, Yunanıstan) – “Brayton” (İngiltərə) 0:1
Qol: J.Pedro, 55.
 
Xal: Olimpik – 11. Brayton – 10. AEK – 4. Ayaks – 2.
 
C qrupu
 
“Reyncers” (Şotlandiya) – “Aris” (Limasol, Kipr) 1:1
Qollar: Makkausland, 49 – Babiçka, 28.
 
“Sparta” (Praqa, Çexiya) – “Betis” (İspaniya) 1:0
Qol: Haraslin, 54.
 
Xal: Betis – 9. Reyncers – 8. Sparta – 7. Aris – 4.
 
D qrupu
 
“Atalanta” (İtaliya) – “Sportinq” (Portuqaliya) 1:1
Qollar: Skamakka, 23 – Edvards, 56.
 
“Şturm” (Avstriya) – “Rakuv” (Polşa) 0:1
Qol: Yeboa, 81.
 
Xal: Atalanta – 11. Sportinq – 8. Şturm – 4. Rakuv – 4.
 
E qrupu
 
“Tuluza” (Fransa) – “Yunion” (Belçika) 0:0
 
“Liverpul” (İngiltərə) – LASK (Avstriya) 4:0
Qollar: L.Dias, 12. Qakpo, 15; 90+2. Salah, 51-pen.
 
Xal: Liverpul – 12. Tuluza – 8. Yunion – 5. LASK – 3.
 
F qrupu
 
“Vilyarreal” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) 3:2
Qollar: Baena, 29. Komesana, 34. Morales, 47 – Palasios, 66. İoannidis, 81.
 
“Makkabi” (Hayfa, İsrail) – “Renn” (Fransa) 0:3
Qollar: Terrye, 29. Quiri, 47. Ryeder, 90+3.
 
Xal: Renn – 12. Vilyarreal – 9. Panatinaikos, 4. Makkabi – 1.
 
G qrupu
 
“Şerif” (Moldova) – “Slaviya” (Praqa, Çexiya) 2:3
Qollar: Tovar, 45+3. Mbekeli, 56 – Yureçka, 19. Zafeiris, 78. Ticani, 90+5-pen.
 
“Servett” (İsveçrə) – “Roma” (İtaliya) 1:1
Qollar: Bedia, 50 – Lukaku, 21.
 
Xal: Slaviya – 12. Roma – 10. Servett – 5. Şerif – 1.
 
H qrupu
 
“Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan) 2:2
Qollar: Eriksen, 82; 87 – Juninyo, 12. B.Mustafazadə, 90+5.
 
“Hakken” (İsveç) – “Bayer” (Almaniya) 0:2
Qollar: Bonifase, 14. P.Şik, 74.
 
Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest