"Nyukasl"ın qapıçısı Nik Pope 2023-2024 mövsümündə bir daha oynamamaq riski altındadır.

Matc.az xəbər verir ki, qapıçı şənbə günü Premyer Liqanın 14-cü turunun "Mançester Yunayted"lə oyununda (1:0) çiynindən zədələndiyi üçün dəyişdirilib. Popanın sağalması 4-5 ay çəkə bilər.

Bu o deməkdir ki, onun bu mövsüm bir daha "Nyukasl"da oynaya bilməyəcəyi riski var və həmçinin AVRO-2024 üçün İngiltərə heyətinə potensial daxil olmaq təhlükəsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest