Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında sonuncu oyununa çıxacaq. Matc.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri bu gün Farer adaları ilə qarşılaşacaq.
 
Komandamız rəqibi ilə “Dalğa Arena”da üz-üzə gələcək. Saat 19:00-da başlayacaq matç millimiz üçün formal xarakter daşıyır. Çünki qadınlarımız son tur öncəsi aktivindəki 13 xalla qrup birinciliyini və B Liqasına vəsiqəni təmin edib.
 
C Liqasının III qrupunda hazırda Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, aktivində xal olmayan Farer adaları isə sonuncudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest