Mütəxəssis daha əvvəl də birgə çalışdığı Məqsəd Yaqubəliyev, Mehman Baxışov və Elnar Kərimovu yanına aparıb.

“Şamaxı”nın məşqçilər korpusunda dəyişikliklər olub. Matc.az xəbər verir ki, baş məşqçi Vüqar Əsgərlidən sonra köməkçiləri Zamir Həsənov, Ceyhun Rzayev və Şahin Hüseynov da I Liqa komandasını tərk edib.
 
Yeni çalışdırıcı Ramiz Məmmədovun köməkçiləri də artıq bəllidi. Mütəxəssis daha əvvəl də birgə çalışdığı Məqsəd Yaqubəliyev, Mehman Baxışov və Elnar Kərimovu yanına aparıb. Yaqubəliyev köməkçi, Baxışov fiziki hazırlıq, Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.
Mehman Baxışov və Elnar Kərimov “Şamaxı”ya I Liqanın digər komandası “Karvan”dan keçiblər. Ramiz Məmmədov Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimovu da özünə köməkçi gətirməyə çalışıb. Lakin “Karvan” rəhbərliyi onu son anda postunda saxlamağı bacarıb.
 
Qeyd edək ki, “Şamaxı” hazırda 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest