06 Noyabr 2026, 10:07
FUTBOL
Avropa Liqasının IV turu başa çatıb. Matc.az xəbər verir ki, “Selta” - “Yunion” oyununda azərbaycanlı hakimlər briqadasının idarəçiliyi diqqət mərkəzinə düşüb.
İspaniyanın Viqo şəhərində keçirilən və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə baş hakim Əliyar Ağayev olub. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Rauf Cabarov dördüncü hakim, İnqilab Məmmədov isə VAR komandasında yer alıb.
Matçın müzakirə doğuran əsas epizodu ikinci hissədə qeydə alınıb. VAR müdaxiləsindən sonra “Selta”nın müdafiəçisi Xavi Rodrigesin cərimə meydançasında əllə oynaması penalti ilə nəticələnib. Əliyar Ağayev epizodu monitorda izlədikdən sonra 11 metrlik cərimə zərbəsi təyin edib.
Lakin Besfort Zenelinin penalti zərbəsini qapıçı İvan Radu dəf edib.
İspaniyanın mediasında oyunla bağlı materiallarda bu epizod xüsusi qeyd olunub. Bununla belə, həmin nəşrlərdə azərbaycanlı hakimlərin qərarlarına qarşı narazılıq yer almayıb.















