10 Aprel 2019, 21:21
DÖYÜŞ NÖVLƏRİ
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan millisi aktivinə növbəti qızıl medalı yazdırıb. Matc.az saytının məlumatına görə, sərbəst güləşçimiz Şərif Şərifov qitə birincisi tituluna yiyələnib.
92 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı pəhləvan bu gün keçirilən final görüşündə polşalı Zbiqnev Baranovskini məğlub edib. Olimpiya və dünya çempionu bununla karyerasında ilk dəfə Avropanın da ən yaxşısı olub.
Qeyd edək ki, Şərifova qədər Buxarestdə Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl medal qazanmışdı.