AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVII turunda keçirilən oyunlara hüquqi qiymət verib. Komitə 3 klubu cərimələyib. “Səbail”lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin hücumçusu Samuel Tetteh 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb.

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVII turunda keçirilən oyunlara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, komitə 3 klubu cərimələyib.

“Səbail”lə görüşdə təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin hücumçusu Samuel Tetteh 2 oyun şərti olmaqla 4 matçlıq cəzalanıb, klubu 3000 manat cərimə olunub.

“Sumqayıt”ın azarkeşləri “Kəpəz”lə qarşılaşmanın gedişində və matçın ardından pirotexniki vasitədən istifadə ediblər. Bu, “gənclik şəhəri” təmsilçisinə 1500 manat cərimə bahasına başa gəlib.

“Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat ziyana düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest