“Lill” klubunun futbolçusu Yusuf Yazıcı “Top-5” liqa klublarının maraq dairəsindədi. Matc.az xəbər verir ki, Türkiyə millisinin üzvü nəhəng komandalardan birinə keçə bilər.

“Böyük beşlik” ölkələri, xüsusən də, İngiltərə klubları 27 yaşlı yarımmüdafiəçini mövsümün sonunda transfer etmək niyyətindədi. Bəzi klublar hətta onun nümayəndələri ilə təmasa da keçib. Yazıcının “Lill” ilə müqaviləsi mövsümün sonuna qədər olduğundan, o, yayda yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, Yusuf Yazıçı bu mövsüm 30 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest