“Təəssüf ki, son dəqiqədə buraxdığımız qolla mübarizəni dayandırdıq”. Matc.az xəbər verir ki, bunu “Braqa” yarımmüdafiəçisi Alvaro Calo deyib.

O, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən cavab oyunundan sonra fikirlərini bölüşüb. Calo Azərbaycan çempionunun meydanda azlıqda qalmasının onlara üstünlük qazandırdığını bildirib:

“Rəqib qırmızı alandan sonra ilk vəzifənin öhdəsindən gəldik. Həmin vərəqə bizə kömək etdi. Amma son dəqiqədə sürətli hücuma keçib, qol vurdular. Öz qolumla komandaya fayda verdiyim üçün şad olsam da, məğlubiyyətə görə məyusam”.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə, 5:6 (2:4, 3:2) məğlub olan “Braqa” mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest