"Barselona"nın almaniyalı qapıçısı Mark Andre ter Ştegen Çempionlar Liqasında "Blauqrana"nın heyətində ən çox oyun keçirən 2-ci əcnəbi futbolçu olub.
 
Matc.az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb. Mənbənin sözlərinə görə, “Napoli” ilə oyun qapıçının Kataloniya klubunun heyətində Çempionlar Liqasında 81-ci olub.
 
Qeyd edək ki, bu göstəricidə almaniyalı qolkiper Avropanın ən nüfuzlu klub futbol turnirində 80 oyun keçirən Dani Alveşi qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest