Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) vərəqələr, qayda pozuntuları və uzatma dəqiqələri ilə bağlı son bir ilin hesabatını açıqlayıb. Matc.az xəbər verir ki, dünyanın 71 çempionatı arasında Azərbaycan Premyer Liqası da var.

Hesabat dövründə çempionatımızda 179 oyun baş tutub ki, orta hesabla hər görüşdə 4,47 sarı vərəqə göstərilib. Bu, dünyada ən çox xəbərdarlıq edilən 38-ci liqadı. Çempionatımızdakı qırmızı vərəqələrin orta sayı 0,16-ya bərabərdi. Bu baxımdan Premyer Liqanı intizamlı saymaq olar. Çünki cəmi 12 çempionat daha intizamlı göstəricilərə malikdi.

Premyer Liqanın hər matçında orta hesabla 27,56 qayda pozulub. Azərbaycan çempionatı bu baxımdan 10-cu yerdədi.

Elita qarşılaşmalarında orta hesabla 8 dəqiqə 11 saniyə vaxt artırılıb. Bu da ən az vaxt uzadılan 22-ci liqa deməkdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest