29 Fevral 2024, 09:28
FUTBOL
Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti məğlubiyyəti yaşayıb.
Matc.az xəbər verir ki, onun çıxış etdiyi LKS 17-ci turdan təxirə salınmış oyunda “Stal”la bacarmayıb.
Məmmədovun komandası səfərdə 0:1 hesabı ilə uduzub. Oyunda vurulan yeganə qol 27-ci dəqiqəyə təsadüf edib.
Rahil görüşün 70-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Lodz klubu ardıcıl 4-cü oyunda meydanı məğlub tərk edib.
Qeyd edək ki, LKS 10 xalla Ekstraklasada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Rahilin komandası növbəti turda öz meydanında “Puşça” ilə üz-üzə gələcək.