“Hücumda çox yaxşı oynadıq. Ancaq müdafiədə daha etibarlı oyun görmək istəyirdim”.
 
Matc.az xəbər verir ki, bunu Azərbaycan kubokunda qələbə qazanan NTD-INDIQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.
 
Gənc mütəxəssis "Gəncə" ilə görüşdə 98:75 hesablı qələbəni şərh edib: "17 səhv etdik və rəqibdən daha çoxdur. Ümumiyyətlə isə mən oyundan razı qaldım. Artıq yarımfinalı təmin etdik. Ancaq dayanmaq fikrimiz yoxdur. Kuboku qazanmaq istəyirik. Çempionat və kuboku müqayisə etsək, hesab edirəm ki, hər iki turnirdə qələbə uğrunda mübarizə apara bilərik. Növbəti oyun liqada "Sərhədçi"yə qarşı olacaq. Onların komandası çox dəyişib. Güclü məşqçi gəlib. Amma biz heç vaxt rəqibə uyğun planları qurmuruq. Kubokda üç qələbədən sonra oyuna yaxşı əhval-ruhiyyə ilə çıxacağıq".
 
Qeyd edək ki, Azərbaycan kubokunda hər 3 oyuna qələbə qazanaraq, pley-offa vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest