Topaz Premyer Liqasının bu gün keçiriləcək VIII turunun "Neftçi" ilə ev oyununa çıxacaq "Qəbələ"nin heyətində qapıçı dəyişikliyi diqqət çəkir. Matç.az saytı xəbər verir ki, baş məşqçi Sənan Qurbanov mövsümdə ilk dəfə Aqil Məmmədova şans verib.

Ehtiyatda qalan Dmitri Bezotosnının 11 matçlıq seriyası qırılıb. Ukraynalı qolkiper Premyer Liqadakı son 11 görüşü əvəzolunmadan keçirmişdi.

Aqilin şans qazandığı son qarşılaşma ötən mövsümün XXIV turuna təsadüf etmişdi. Aprelin 22-də "Qəbələ"nin rəqibi indiki kimi "Neftçi" idi. 181 gün əvvəlki dueldə bakılılar ev oyununda 1:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, "Qəbələ" – "Neftçi" oyunu saat 17:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest