“Mançester Yunayted” “Fiorentina”dan icarəyə götürdüyü yarımmüdafiəçi Sofyan Amrabatla bağlı qərarını verib. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” onu birdəfəlik transfer etmək fikrində deyil.

“Mankunianlar” müqavilədə göstərilən 25 milyon avro məbləğində satın alma variantını aktivləşdirməyəcək. Bu üzdən Amrabat yayda Florensiya klubuna dönəcək. Lakin o, “Yuventus”un da maraq dairəsindədi.

Qeyd edək ki, 27 yaşlı mərakeşli bu mövsüm “Mançester Yunayted”in heyətində 22 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest