Azərbaycan Premyer Liqasının formatı və çempionatdakı klub sayı müzakirə ediləcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın yeni prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib.
 
Funksioner hazırda hər hansı qərarın olmadığını diqqətə çatdırıb: "Çünki buna zaman olmayıb. Bu, müəyyən təhlil tələb edir. Hər hansı qərarı verərkən, Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə alacağıq. Çempionatın formatı müzakirə ediləcək mövzulardan biri olacaq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest