Sumqayıt olimpiya idman kompleksində Azərbaycan basketbol liqasının 16-cı turunun üçüncü oyunu baş tutub.
 
Matc.az xəbər verir ki, “Sumqayıt” yerli publika önündə çempionatın lideri “Xəzri” klubunu qəbul edib.
 
Oyuna fəal başlayan “Sumqayıt” sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84:77 hesablı qələbə qazanaraq sürprizə imza atıb. Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar.
 
Ən məhsuldar basketbolçular “Sumqayıt”da Tay Rendal (25 xal, 9 götürmə), “Xəzri”də isə Cordan Perkins (21 xal, 7 götürmə) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest