Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi start götürüb. Matc.az xəbər verir ki, birinci gündə iki oyun keçirilib.

Hər iki matçda "qol yağışı" baş verib. Maraqlıdı ki, Madriddə və Londonda ümumilikdə 10 qol vurulsa da, heç birində qalib müəyyənləşməyib.

Favoritlər “Real” və “Mançester Siti” Madriddə qarşılaşıb. Dramatik alınan qarşılaşmada komandalar hərəyə 3 dəfə fərqləniblər.

Digər görüşdə “Arsenal” Londonda “Bavariya”nı qəbul edib. Burada da qollu "sülh" olub.

Bu cütlərdə cavab oyunları aprelin 17-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 3:3
Qollar: 
Ruben Diaş, 12 (avtoqol), Rodriqo, 14, Federiko Valverde, 79 – Bernardu Silva, 2, Fil Foden, 66, Yoşko Qvardiol, 71

Baş hakim: Fransois Letexye (Fransa)

Madrid, “Santyaqo Bernabeu” stadionu

23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) - 2:2
Qollar: Bukayo Saka, 12, Leandro Trossard, 76 – Serj Qnabri, 18, Harri Keyn, 32 (pen.)
Baş hakim: Qlenn Nuberq (İsveç)
London, “Arsenal” stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest