“Neftçi”nin yeni təlim-məşq bazasında işlər davam edir. Matc.az xəbər verir ki, bunu klubun idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

Paytaxt təmsilçisinin rəsmisi komandanın 2024-25 mövsümünün əvvəlindən yeni bazaya köçəcəyini açıqlayıb.

İsveçli funksioner əlavə edib ki, orada top-komanda üçün gündəlik əməliyyatlarda lazım olan hər şərait olacaq: “Bazaya böyük investisiya etmək cəsarət tələb edir. Məncə, bina həddindən artıq böyükdü. Bizə hələlik üç mərtəbəsi lazımdı. Bu isə qısa zamanda həll ediləcək”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest