“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva daha bir top-klubun hədəfinə çevrilib.
 
Matc.az xəbər verir ki, "Barselona"nın ardınca PSJ də 29 yaşlı futbolçunu transfer etməyə çalışacaq. Portuqaliyalı "Barselona"nı özünün bir nömrəli variantı hesab edir. Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq Silva "şəhərlilər"dən ayrılmağa hazırlaşır.
 
Futbolçunun müqaviləsində 50 milyon avro təzminat məbləği göstərilib.
 
Bu mövsüm Bernardo Silva 41 matçda iştirak edib, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest