20 Aprel 2024, 12:38
FUTBOL
İngiltərənin aşağı divizion klubları İngiltərə kubokunu boykot etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Daha əvvəl İngiltərə Futbol Assosiasiyası 2024/25 mövsümündən etibarən turnirin əsas turlarında cavab oyunlarının olmayacağını açıqlamışdı. Əvvəllər nəticə heç-heçə olarsa, komandalar başqa görüş keçirməli idi. Lakin yeni qayda ilə beşinci turdan etibarən cavab oyunları ləğv edilib. Bununla belə, bu qayda kvalifikasiyada qalır.
Birinci mərhələdə kubok uğrunda mübarizəyə peşəkar liqaların klubları daxil olur. Premyer Liqanın komandaları turnirdə üçüncü mərhələdən çıxış etməyə başlayır. Bu qərar UEFA turnirlərində oyunların sayının artması fonunda FA və Premyer Liqa arasında razılaşma əsasında qəbul edilib.
Mənbənin sözlərinə görə, yüksək liqalarda çıxış etməyən bir neçə klubun rəhbəri əlavə gəlirdən məhrum olacaqları üçün yeniliklərdən hiddətlənib. Onların rəyi nəzərə alınmadan bu qərarın verilməsi də birmənalı qarşılanmayıb.