“Bayer” cari mövsüm ilk məğlubiyyətdən son anda qaçıb. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqanın XXX turunda Dortmund “Borussiya”sı ilə heç-heçə edib - 1:1.

“Bayer” yalnız görüşə əlavə olunmuş 7-ci dəqiqədə bərabərlik topunu vura bilib. Bununla Xabi Alonsonun yetirmələrinin məğlubiyyətsizlik seriyası 45 oyuna yüksəlib. Komanda 2023-24 mövsümündə hələ yenilgi üzü görməyib. “Bayer” bu qarşılaşmalardan 38-də qələbə qazanıb, 7 dəfə heç-heçə edib.

Qeyd edək ki, Bundesliqada çempionluğu rəsmiləşdirən “Bayer” Almaniya Kubokunun finalında, Avropa Liqasının isə yarımfinalında çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest