“Çelsi”nin müdafiəçisi Tiaqo Silva gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu bunu tezliklə elan edəcəyini bildirib.
 
Silva karyerasını davam etdirmək istəyini gizlətməyib:
 
“Qərarımı yaxın günlərdə öyrənəcəksiniz. Gec-tez xəbər çıxacaq. Artıq qərarımı vermişəm, amma indi bunu paylaşmağın vaxtı deyil. Bu, fərdi idman deyil, “Çelsi”də dörd çox yaxşı ilim olub. Liqada 39 yaşında yüksək səviyyədə çıxış edən futbolçuları belə intensivliklə tapmaq nadirdi. Görürəm ki, futboldan həzz almağa davam etmək üçün daha bir neçə ilim var”.
 
Qeyd edək ki, 39 yaşlı mərkəz müdafiəçisinin İngiltərə klubu ilə müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest