“Müdafiədə çox yaxşı oynadıq. Ancaq rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Qarşılıqlı həmlələrlə bütün hücumları ayrı-ayrı müdafiə sistemi ilə dayandırmağa çalışdıq”. Matc.az xəbər verir ki, bu sözləri “Xəzri”nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında pley-offun yarımfinalında “NTD -İndiqo”ya 63:61 hesabı ilə qalib gəldikləri ilk oyun haqda deyib.

O, bu matçda müdafiədə çox fərqli üsullar yoxladıqlarını qeyd edib: “Bir az kombinasiyalı sistemə üstünlük verdik. Bu da rəqibimizin istədiyi kimi çıxış etməsinə mane oldu. Bu məsələdə də uğurlu olduğumuzu düşünürəm. Məncə, pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər. Komandam bunu bacardı. Ona görə də hər birini təbrik edirəm. Seriyada 1-0 irəli çıxdıq. Hələ heç nə yekunlaşmayıb”.

Türkiyəli mütəxəssis şənbə günü ikinci görüşün olacağını xatırladaraq eyni ciddiyyətlə, eyni sərtlik və templə çalışacaqlarını deyib: “Ümid edirəm ki, növbəti qarşılaşmada da istədiyimiz nəticəni əldə edəcəyik. Artıq mental olaraq üstünlük bizdədir. Bunu yaxşı dəyərləndirmək lazımdır. “Sərhədçi” ilə ikinci oyunda etdiyimiz səhvləri təkrarlamamaq üçün oyunçularımı yaxşı motivasiya etməliyəm. Ümid edirəm ki, şənbə günü yaxşı oyun göstərərək adımızı finala yazdıracağıq”.

Qeyd edək ki, bu komandalar arasında ikinci duel mayın 11-də baş tutacaq. İki matçın yekununda bərabərlik olsa, üçüncü oyun mayın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest