Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” klubu sərt qadağaya məruz qalıb. Matc.az xəbər verir ki, FİFA Türkiyə təmsilçisinə transfer qadağası tətbiq edib.

Bu barədə jurnalist Yağız Sabuncuoğlu rəsmi "X" hesabında məlumat yayıb. O qeyd edib ki, bu qadağa “Adana Dəmirspor”un keçmiş çalışdırıcısı Patrik Klyuvertə 142 min avronu ödəməməsi ilə bağlıdı. Sanksiya ilə əlaqədar olaraq, Adana klubu növbəti 3 transfer dövründə heyətinə yeni futbolçular qata bilməyəcək.

Qeyd edək ki, ötən il “Adana Dəmirspor”u çalışdırmış Patrik Klyuvertin fəaliyyət dövrü cəmi 5 ay çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest