Azərbaycan Voleybol Federasiyası tərəfindən Tovuz Regional Voleybol Klubunda təlim-məşq toplanışı təşkil edilib. Matc.az xəbər verir ki, məşqlər mayın 12-14-də Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

Məşqlərə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik edib. "Tovuz" klubunun 40-a yaxın qız üzvü məşqlərə cəlb olunub. Məşqlər gündə 2 dəfə keçirilib və uşaqlara həm fiziki, həm də texniki hazırlıqlar öyrədilib. Bundan əlavə, gənclərə voleybol qaydaları haqda ətraflı məlumatlar verilib.

Növbəti təlim-məşq toplanışı 15-17 may aralığında "Gəncə" klubunun idmançıları üçün Gəncədə təşkil ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest