"Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasında "NTD-İndiqo"ya qarşı keçirəcəkləri matçlar barədə klubun mətbuat xidmətinə açıqlama verib. Matc.az xəbər verir ki, mütəxəssis onları çətin qarşılaşmanın gözlədiyini qeyd edib.

O, üçüncü pilləni tutmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Hər iki komanda mövsümü uğurla başa vurmaq istəyir. "NTD-İndiqo" ilə matçda 2 oyunçumuzun (Cakori Arçi və Zeyver Bryuer) xidmətindən yararlana bilməyəcəyik. Rotasiya imkanlarımız da çox deyil. Amma belə hallarla daha əvvəl də qarşılaşmışıq. Bütün bunlara rəğmən, 3-cü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik".

Komandalar arasındakı ilk qarşılaşma mayın 15-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest