“NTD-İndiqo"nun basketbolçusu Əkbər Məmmədov Azərbaycan Basketbol Liqasında "Xırdalan"a qarşı keçirəcəkləri oyunlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib. Matc.az xəbər verir ki, Məmmədov yarımfinalda "Xəzri"yə məğlubiyyəti yada salıb.

O, səhvlər ucbatından yenildiklərini qeyd etməklə yanaşı, şansın onların tərəfində olmadığını əlavə edib: “İlk oyunda "Xəzri" bizi məğlub etmədi, özümüz uduzduq. İkinci görüşdə hər şey yaxşı gedirdi. İrəlidə idik, amma dördüncü hissədə qələbəni rəqibə verdik. Düşünürəm ki, daha çox şeyə layiq idik. Amma "Xırdalan"la oyunlarda yalnız qələbə üçün oynayacağıq. Biz hər matça yalnız qələbə üçün çıxırıq”.

Komandalar arasındakı ilk görüş mayın 15-də reallaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest