"Zirə" ilə oyunda da, bu gün də layiqli oyun göstərmişdik. Bu da Allahın qismətidi, hədiyyədi. Bundan imtina edə bilmərik. Belə bir səhv bizim də başımıza gələ bilər. Bu səhv yenə də "Qarabağ"ın gücünü azaltmır.
"Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda məzmunlu və sürətli futbol sərgilədi". Matç.az saytının məlumatına görə, bu sözlər "Səbail"ın baş məşqçisi Aftandil Hacıyevə məxsusdu.
Topaz Premyer Liqasının VIII turunda "Qarabağ"ın qonağı olan paytaxt təmsilçisi 0:1 hesabı ilə uduzub.
Oyunsonrası mətbuat mətbuat konfransında Hacıyevin məğlubiyyət şərhi belə olub: "Layiqli müqavimət apara bildik. Buna görə təşəkkür edirəm. Bu tempi saxlaya bilsək, lazımi xalları toplaya bilərik. Bunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Bizi daha çətin oyunlar gözləyir. Hələ əsas rəqiblərimizlə qarşıda oynayacağıq".
- Sizi şanslı məşqçi hesab etmək olarmı?
- Mən də məlumatı indi eşitdim ki, texniki səhv olub. "Zirə" ilə oyunda da, bu gün də layiqli oyun göstərmişdik. Bu da Allahın qismətidi, hədiyyədi. Bundan imtina edə bilmərik. Belə bir səhv bizim də başımıza gələ bilər. Bu səhv yenə də "Qarabağ"ın gücünü azaltmır. Onlar ölkəmizin ən güclü komandasıdı, desəm yanılmaram. Son illərin çempionudu. ümid edirəm ki, avrokuboklarda bizi sevindirərlər.