“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, italiyalı çalışdırıcı razılığını ifadə edərək yetirmələri haqda müsbət fikirlər səsləndirib.

O, hazırkı heyətin daha bir neçə il böyük uğurlara imza atacağı qənaətindədi: “Ustalıq səviyyəsi yüksək olan, gənc futbolçulardan ibarət çox istedadlı komandamız var. Hazırda əlimizdə olan gənc oyunçuların dəyərini nəzərə alsaq, bu klub yaxın illərdə ən “qızıl dövrü”nü yaşaya bilər. Bu, məşqçi kimi ən yaxşı mövsümümdü. Komanda çempionatda fantastik çıxış etdi, biz onu layiqincə, heç bir şübhə doğurmadan La Liqanın qalibi olduq. Hamı büdrəyəcəyimizi gözləyirdi, amma buna imkan vermədik. Biz xoşbəxtik, sevincimizdən göyün 7-ci qatındayıq. Ancaq ən vacib matçı hələ oynamamışıq, buna görə də hərəkətə davam etməliyik”.

Qeyd edək ki, La Liqada çempionluğu təmin edən “Real” Çempionlar Liqasında isə finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest