Antonio Kontenin növbəti klubu “Napoli” ola bilər. Matc.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Turində Neapol klubunun nümayəndələri ilə görüşüb.

İtalyanlar təcrübəli çalışdırıcıya 6,5 milyon avro maaş və 2 milyon bonus təklif edib. Rəhbərliyin Kontenin qarşısına qoyacağı minimum hədəf növbəti mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmaqdı. Məşqçinin son iş yeri ötən ilin martında tərk etdiyi “Tottenhem” olub.

Qeyd edək ki, “Napoli” hazırda A Seriyasının turnir cədvəlində 9-cu yerdədi. Komandaya Françesko Kaltsona başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest