Türkiyə 3 Liqasının I Qrupunda mübarizə aparan ”52 Orduspor” bu axşam keçiriləcək “Aliağa” matçı öncəsi İlon Maska etdiyi çağırış gündəm olub.

Mact.az xəbər verir ki, klubun rəhbərliyi sosial media hesabı vasitəsilə Amerikalı sahibkardan kömək istəyib.

Onlar, "Hörmətli İlon Musk, bu axşam Yeni Ordu stadionunda çox vacib bir matç keçirəcəyik və təxminən 20 min tamaşaçımız bizi dəstəkləyəcək... Təəssüf ki, yetərli infrastruktur olmadığından 20 min insan bir araya gələndə internet yararsız hala düşür. Azarkeşlərimiz üçün “Starlink” peyklərini bizə yönləndirə bilərsinizmi?" – deyə “X” (twitter) hesabından çağırış ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest