Türkiyənin qadınlardan ibarət voleybol üzrə milli komandası Millətlər Liqasının (VNL) ikinci matçında qələbə qazanıb.

Matc.az xəbər verir ki, dünya reytinqində birinci yerdə qərarlaşan “Sultanlar” ilk oyununda Yaponiya yığmasına məğlub olub. Lakin, ikinci qarşılaşmada Niderland üzərində 3-1 hesablı qələbəyə seviniblər.

Türkiyə millisinin ilk həftəsindəki növbəti rəqibləri İtaliya və Fransa yığmaları olacaq.

Qeyd edək ki, 16 komandanın mübarizə aparacağı VNL-də üç həftənin sonunda turnir cədvəlində ilk 8 yeri tutan komandalar finalda mübarizə aparmaq hüququ qazanacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest