Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında üçüncü qələbəsini qazanıb.

Matc.az Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Qazaxıstanın ALMATA klubunu 28:20 hesabı ilə məğlub edib.

Azərbaycan millisi daha əvvəl keçirdiyi iki görüşdə də qələbə qazanıb. Komanda Özbəkistanın ROPSTTM (39:31) və OKMK (30:28) klublarını üstələyib.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest