Kişi voleybolçulardan ibarət "Azərreyl" klubu baş məşqçisi ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, Boris Qrebennikovla əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun sayılıb.

Kişi voleybolçulardan ibarət "Azərreyl" klubu baş məşqçisi ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, Boris Qrebennikovla əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun sayılıb.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qrebennikovun sözləşməsinin müddəti artırılıb. Razılaşmaya əsasən, başa çatan mövsümdə Azərbaycan Yüksək Liqasının qalibi olan mütəxəssis daha 1 il "Azərreyl"i çalışdıracaq.

Boris Qrebennikovun qarşısına komandanı növbəti uğurlara daşımaq və heyətdəki gənc voleybolçuların inkişafını davam etdirmək tapşırığı qoyulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest