"Barselona"nın 16 yaşlı vingeri Lamin Yamal 2023/2024 mövsümünün nəticələrinə əsasən İspaniya La Liqasının ən yaxşı gənc futbolçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı La Liqanın mətbuat xidməti yayıb.

Ölkə çempionatının cari mövsümündə Yamal 37 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ümumilikdə isə, bu mövsüm ispaniyalı futbolçu bütün turnirlərdə 50 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, gənc futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest