“Şəki” basketbol klubunda baş məşqçi ayrılığı yaşanıb. Matc.az xəbər verir ki, nigeriyalı çalışdırıcı Aleksander Uço komanda ilə vidalaşıb.

Onunla başa çatan müqavilənin uzadılmaması qərara alınıb. “Şəki” rəhbərliyi hələlik yeni baş məşqçisini müəyyənləşdirməyib.

Qeyd edək ki, Aleksander Uço ötən mövsüm “Şəki”ni çalışdırıb. Komanda onun rəhbərliyi altında cəmi 1 qələbə qazanıb və Azərbaycan Basketbol Liqasında sonuncu - 10-cu yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest