10 İyun 2024, 20:00
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubundakı gələcəyi barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.
“Reallıq budur ki, mən indi qalmaqdan daha çox ayrılmağa yaxınam. Klubla müzakirə etdik, hiss edirəm ki, qalmaq istəyirəm. Növbəti mövsümdə isə zaman irəlilədikcə klubla danışacağam. Baxacağıq”.
Xatırladaq ki, Pep Qvardiola 2016-cı ilin yayında “Bavariya”dan ayrıldıqdan sonra “Mançester Siti”nin baş məşqçisi təyin olunub. Səkkiz il ərzində Qvardiola komanda ilə 13-ü ölkə daxilində olmaqla ümumilikdə 16 kubok qazanıb. Tərəflər arasında müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.