Bu raundun oyunları sentyabrın 15-22-də reallaşacaq. Ölkə çempionumuz İsveç klubunu mübarizədən kənarlaşdıra bilsə, müntəzəm mövsümdə çıxış edəcək.

Kişilərdən ibarət "Sabah" basketbol klubunun Çempionlar Liqasındakı rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsində “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun oyunları sentyabrın 15-22-də reallaşacaq. Ölkə çempionumuz İsveç klubunu mübarizədən kənarlaşdıra bilsə, müntəzəm mövsümdə çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest