"Matçdan əvvəl də demişdim ki, ölkə kubokunda finala çıxmaq şansımız qaldığından, əsas heyətin 8-9 oyunçusuna istirahət veriləcək. Bir tur əvvəl Qəbələdə də bu cür etmişdik. Çünki bizim üçün yeganə şans kubokdadı".

"Bu gün razı qaldığımız və qalmadığımız oyunçular oldu". Matc.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasının XXVI turunda "Qarabağ"ı qəbul edən qəsəbə təmsilçisi meydanı böyükhesablı məğlubiyyətlə (0:3) tərk edib.

Qarşılaşmadan sonra "CBC Sport" telekanalına fikirlərini bildirən Abasov meydana ehtiyat qüvvə ilə çıxmalarını Azərbaycan kubokunun yarımfinal görüşü ilə əlaqələndirib: "Matçdan əvvəl də demişdim ki, ölkə kubokunda finala çıxmaq şansımız qaldığından, əsas heyətin 8-9 oyunçusuna istirahət veriləcək. Bir tur əvvəl Qəbələdə də bu cür etmişdik. çünki bizim üçün yeganə şans kubokdadı. "Qarabağ" da çempionluq yarışında çox istəkli olduğunu göstərdi. Belə komandaya qarşı əsas heyətlə belə, çətinlik çəkirsən, qaldı ki, ehtiyat heyətlə. Bütün fikrimizi kubok oyununa yönəltmişik. Ən azı orda azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, "Zirə" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində mayın 1-də "Sumqayıt"ı qəbul edəcək. Bu komandalar arasında Sumqayıtda baş tutan ilk görüş qolsuz bərabərə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest