"Futbolçularda psixoloji yorğunluq var idi. Bunu aradan qaldırmağa çalışdıq. İkinci hissədə daha yaxşı oynadıq. Əlverişli qol imkanları yaratdıq. Amma bu imkanlardan istifadə edə bilmədik. Məğlub olunacaq oyun deyildi".

"Hər iki komanda üçün vacib oyun idi. Dörd gündən bir meydana çıxmaq bir az çətindi. Rotasiya edə bilmədik". Matc.az saytının məlumatına bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XXVI turunda "Səbail"in qonağı olan "qırmızı qaralar" 1:2 hesabı ilə məğlub olub.

Oyunsonrsı mətbuat konfransında 39 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Futbolçularda psixoloji yorğunluq var idi. Bunu aradan qaldırmağa çalışdıq. İkinci hissədə daha yaxşı oynadıq. Əlverişli qol imkanları yaratdıq. Amma bu imkanlardan istifadə edə bilmədik. Məğlub olunacaq oyun deyildi. Xüsusilə də, ikinci hissəyə əsasən belə demək olar. Bu oyun geridə qaldı. Qarşıdakı kubok matçına ciddi hazırlaşmalıyıq. Bürünc medal şansımız möcüzəyə bağlıdı. Biz peşəkarıq, sonadək işimizi davam etdirməliyik. çempionatda iki oyunumuz qalıb, maksimum nəticə qazanmağa çalışacağıq. Sabahdan kubok görüşünə hazırlıqlara başlayacağıq. çox ciddi oyunumuz var. Əlbəttə ki, çətin olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest